İslam İnqilabı Keşikçiləri Korpusu: Kermanda “Hermes” dronu məhv edilib
İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yayılan məlumata görə, Kerman əyalətində quruma bağlı Sarallah Korpusunun mətbuat xidməti bu gün səhər saat 09:15-də Kerman şəhərinin kənarında düşmənə məxsus “Hermes” pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, dron hava hücumundan müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib.
Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-a məxsus bir esminesə dənizdə hücum edildiyini iddia edib. Qeyd olunub ki, esmines təchizat gəmisindən yanacaq doldurduğu zaman hədəfə alınıb.
Hadisələrlə bağlı qarşı tərəfin rəsmi açıqlaması hələlik yoxdur
12:00 04.03.2026
Oxunuş sayı: 482