İranın pilotsuz aparatı ABŞ hərbi mövqeyini vurdu
Bu gün İranın pilotsuz uçuş aparatının Amerika Birləşmiş Ştatları qüvvələrinin yerləşdiyi Bəhreynin Cuffair bölgəsinə zərbə endirdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, hücum pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib və dron hədəfi dəqiqliklə vurub. Hadisənin miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Rəsmi qurumların mövqeyi və əlavə təfərrüatlar gözlənilir. Hadisə regionda onsuz da yüksək olan gərginliyi daha da artıra bilər.
11:00 04.03.2026
Oxunuş sayı: 595