Ekvadorda narkotik kartellərinə qarşı birgə əməliyyat başlayıb
ABŞ və Ekvador hərbçiləri Ekvadorda narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı özünün "X" sosial şəbəkəsindəki səhifəsində xəbər verib.
"Martın 3-də ABŞ və Ekvador Silahlı Qüvvələri Ekvadorda terrorçu təşkilatlara qarşı əməliyyatlara başlayıblar. Bu əməliyyatlar Latın Amerikası və Karib dənizindəki tərəfdaşlarımızın narkoterrorizmlə mübarizəyə olan sadiqliyini nümayiş etdirir", - bəyanatda deyilir.
08:00 04.03.2026
Oxunuş sayı: 530