Pakistan İrandan Səudiyyə Ərəbistanına hücum etməməyi xahiş edib
Pakistan rəsmi olaraq İrandan Səudiyyə Ərəbistana qarşı hərbi hücum etməməyi xahiş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Məhəmməd İshaq Dar açıqlama verib.
Məlumata görə, İslamabad Tehrana müraciət edərək regional münaqişənin genişlənməsinin qarşısını almaq istədiyini bildirib və bu çərçivədə İranın hücumlardan çəkinməsini istəyib.
İran tərəfi isə cavab olaraq belə bir zəmanət istəyib ki, Səudiyyə Ərəbistanı ərazisi onun əleyhinə hücumlar üçün istifadə olunmayacaq. Pakistanın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı bu təminatı Tehran üçün verib.
Dar bildirib ki, Pakistan münaqişənin yalnız İran və İsrail arasında məhdud qalmasını istəyir və regionda eskalasiyanın qarşısını almaq üçün diplomatik səyləri davam etdirir.
23:45 03.03.2026
Oxunuş sayı: 574