İran səfiri Almaniya XİN-ə çağırıldı
Bu gün İranın Almaniyadakı səfiri bölgədəki gərginliklər səbəbindən Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında bildirilib ki, Almaniya İran rejimini dərhal bölgədəki dövlətlərə qarşı amansız hücumlarını dayandırmağa çağırıb. Hücumların mülki hədəfləri, qoşunları və bölgədəki müttəfiqləri təhdid etdiyi vurğulanıb.
Habelə qeyd olunub ki, İranın raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar qəbuledilməzdir.
18:27 03.03.2026
Oxunuş sayı: 485