Uitkof: İran 10-dan çox nüvə bombası istehsal edə bilər
İlkin danışıqlarda İran nümayəndələri birbaşa və açıq şəkildə 460 kiloqram uranın 60%-ə qədər zənginləşdirildiyini və bunun 11 nüvə bombası istehsalına kifayət edə biləcəyini söyləyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof “Fox News” telekanalına müsahibəsində İranın nüvə proqramı ilə bağlı açıqlamasında bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, İran nümayəndələri bu nəticələrlə fəxr etdiklərini gizlətməyiblər və məlumat danışıqların başlanğıc mövqeyi kimi təqdim olunub.
O əlavə edib ki, İran bu səviyyəyə çatmaq üçün bir sıra nəzarət protokollarından yayınıb və buna görə öz nailiyyətlərini önə çəkərək fəxr edir.
16:39 03.03.2026
Oxunuş sayı: 549