Avropa qazının qiyməti REKORD HƏDDƏ ÇATDI
Avropa qazının qiyməti 2023-cü ilin yanvarından bəri ilk dəfə olaraq min kubmetr üçün 700 dolları keçib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın paytaxtı Londonda yerləşən ICE birjası məlumat yayıb.
Ekspertlər bu tendensiyanın İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazını bağlayacağını elan etdiyi vaxta təsadüf etdiyini bildirirlər. Bu gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərir və qiymətlərin daha da yüksəlməsi ehtimalını artırır.
15:40 03.03.2026
Oxunuş sayı: 483