SEPAH Bəhreyndə ABŞ bazasını məhv etdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün Bəhreyndə yerləşən ABŞ aviabazasına kütləvi dron və raket hücumu etdiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bəyanata görə, hücum Bəhreynin Şeyx İsa bölgəsindəki ABŞ-yə məxsus aviabazaya qarşı həyata keçirilib. Əməliyyat zamanı 20 ədəd pilotsuz uçuş aparatı və üç raketdən istifadə edilib.
SEPAH iddia edir ki, hücum nəticəsində aviabazanın komandanlıq binası dağıdılıb və yanacaq çənləri yandırılıb.
15:24 03.03.2026
Oxunuş sayı: 505