Hörmüz boğazından keçməyə çalışan bütün gəmilər yandırılacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın baş komandanının müşaviri, general İbrahim Cabbari dövlət televiziyasında çıxış edərək bildirib.
General Cabbari açıqlamasında qeyd edib ki, Hörmüz boğazı nəqliyyat üçün bağlanıb və bu addım ABŞ və İsrailin mümkün hücumlarına cavab olaraq atılıb. Onun sözlərinə görə, boğazdan keçməyə cəhd edən gəmilər SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları tərəfindən vurulacaq.
Cabbari həmçinin bildirib ki, hazırda neftin qiyməti 82 dollara çatıb və qlobal bazarlarda qiymətlərin daha da yüksələcəyi gözlənilir. O əlavə edib ki, bölgədəki neft boru kəmərləri də hədəf alınacaq və bölgədən bir damla neftin belə çıxmasına icazə verilməyəcək.