Çin İrana CM-302 səsdən sürətli gəmi əleyhinə raketlərin tədarükü ilə bağlı razılığa gəldiyi barədə yayılan məlumatları təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin iddia edilən alış müqaviləsinə münasibət bildirib. Jurnalistlərin sözügedən razılaşmanı təsdiqləmək cəhdinə cavab olaraq nazirlik rəsmisi məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb.
“Müvafiq məlumat doğru deyil”, – deyə sözçü bildirib.
Qeyd edək ki, son günlər bəzi media orqanlarında Çinin İrana CM-302 tipli səsdən sürətli gəmi əleyhinə raketlər tədarük edəcəyi barədə iddialar yayılmışdı. Rəsmi Pekin isə bu xəbərlərin əsassız olduğunu açıqlayıb.