Səudiyyə rəsmisi: ABŞ bizi İran raketləri qarşısında tək buraxıb
Səudiyyə Ərəbistanından olan rəsmi şəxs ABŞ-ın bölgədəki siyasətini sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsminin sözlərinə görə, Vaşinqton bütün müdafiə sistemlərini İsrailin qorunmasına yönəldib və Fars körfəzi ölkələrini İranın raket və dron təhdidləri qarşısında tək buraxıb. O bildirib ki, bölgə dövlətlərinin ərazilərində Amerika hərbi bazaları yerləşsə də, bu ölkələrə real hərbi dəstək göstərilmir.
“Onlar bizə yardım etmir, hava hücumundan müdafiə sistemləri vermirlər. Biz müdafiəsizik. Faktiki olaraq, İsrailə görə bizi tərk ediblər”, – deyə rəsmi vurğulayıb.
Açıqlamada qeyd olunub ki, ABŞ-ın bu yanaşması Körfəz ölkələrində ciddi narahatlıq yaradıb və regional təhlükəsizlik balansına təsir göstərib.
13:57 03.03.2026
Oxunuş sayı: 671