İsrail İran-İraq sərhədində mövqelərə zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində İran-İraq sərhədi boyunca yerləşən mövqelərə hava zərbələri endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata əsasən, hücumların əsas məqsədi İranın sərhəd mühafizə qüvvələrini zəiflətməkdir. İddialara görə, bu addım eyni zamanda kürd silahlı qruplarının sərhədi keçərək ölkə daxilinə sızması və İran hökumətinə qarşı təzyiqin artırılması üçün şərait yaratmağa hesablanıb.
Hadisə ilə bağlı rəsmi mənbələr tərəfindən hələlik geniş açıqlama verilməyib. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
13:00 03.03.2026
Oxunuş sayı: 501