Netanyahu: İran 50 Şimali Koreya kimidir
İsrailin Baş naziri Benjamin Netanyahu İranın nüvə və raket proqramı ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Şimali Koreyanın vaxtında dayandırılmaması bu gün onun nüvə silahına və ballistik raketlərə sahib olması ilə nəticələnib. Netanyahu İranın daha böyük təhlükə olduğunu iddia edərək deyib: “Heç kim Şimali Koreyanı dayandıra bilməyib və indi onun nüvə silahı və ballistik raketləri var. İran 50 Şimali Koreya kimidir. O, ABŞ-ı məhv etməyə çalışır”.
Baş nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Trump bu reallığı başa düşür.
12:43 03.03.2026
Oxunuş sayı: 626