SEPAH: İlk iki gündə 650 ABŞ hərbçisi xəsarət alıb və ya həlak olub
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Sardar Nainini bildirib ki, münaqişənin ilk iki günü ərzində 650 ABŞ hərbçisi xəsarət alıb və ya həlak olub.
Crossmedia.az Tasnim agentliyinə istinadən xəbər verir ki,
Onun sözlərinə görə, bunlardan 160 nəfəri Bəhreyndəki ABŞ hərbi bazasına endirilən zərbə nəticəsində xəsarət alıb. SEPAH raketləri və pilotsuz uçuş aparatları Bəhreyndəki ABŞ Dəniz Qüvvələrinin 5-ci donanmasının qərargahını bir neçə dəfə vurub. SEPAH raketləri ABŞ Dəniz Qüvvələrinin MST döyüş gəmisinə ciddi zərər vurub.
Bundan əlavə, dörd qanadlı raket ABŞ avianosu “Abraham Linkoln”a atılıb və bundan sonra gəmi Hind Okeanının cənub-şərq hissəsinə keçib.
Rəmziyyə Babazadə
12:05 03.03.2026
Oxunuş sayı: 574