Donald Tramp: Ölkəmizin silah ehtiyatı kifayət qədərdir və qələbəyə hazırıq
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın silah ehtiyatının heç vaxt indi olduğu səviyyədə olmadığını və ölkənin qələbəyə tam hazır olduğunu bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, ABŞ-ın sursat ehtiyatı demək olar ki, limitsizdir və müharibələr yalnız bu ehtiyatlardan istifadə etməklə uğurla aparıla bilər. O, ölkənin uzaq yerlərdə saxladığı əlavə yüksək keyfiyyətli silahların da olduğunu vurğulayıb.
Tramp keçmiş prezident Joe Biden-i tənqid edərək deyib ki, onun vaxtının və resurslarının böyük hissəsini Ukraynaya yüz milyardlarla dollar dəyərində silah verməyə sərf etdiyi halda, ABŞ-ın öz ehtiyatlarını bərpa etməyə diqqət yetirmədiyini bildirib.
“Xoşbəxtlikdən, mən ilk müddətimdə ordunu yenidən qurmuşdum və bunu davam etdirirəm. Amerika Birləşmiş Ştatları ehtiyatdadır və qalib gəlməyə hazırdır”, – Tramp açıqlamasında əlavə edib.
11:58 03.03.2026
Oxunuş sayı: 488