Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib
Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası çərçivəsində münaqişə zonalarında uşaqlar və təhsil mövzusunda iclas keçirilib.
Crossmedia.az BBC istinadən xəbər verir ki, iclasa ABŞ-nin birinci xanımı Melaniya Tramp sədrlik edib. O, çıxışında uşaqların təhsilinin tolerantlıq və sülhün təşviqində mühüm rol oynadığını vurğulayıb, həmçinin həlak olan ABŞ hərbçilərinin ailələrinə başsağlığı verib.
Qeyd olunur ki, bu hadisə dünya liderinin həyat yoldaşının Təhlükəsizlik Şurası iclasına ilk dəfə sədrlik etməsi kimi qiymətləndirilir.
Rəmziyyə Babazadə
11:30 03.03.2026
Oxunuş sayı: 615