ABŞ-ın növbəti addımları hələlik məlum deyil
Birləşmiş Ərəb Əmirlikləri və Qətərin məqsədi ABŞ prezidenti Donald Trampı müharibənin qısamüddətli olması və əməliyyat üçün konkret “çıxış planı” hazırlaması istiqamətində addım atmağa inandırmaqdır.
Crossmedia.az bu barədə "Bloomberg" ə istinadən xəbər verir ki,hər iki ölkə Vaşinqtona ötürülən mesajlarda münaqişənin uzunmüddətli olmasının regionda təhlükəsizlik və enerji bazarlarına ciddi təsir göstərə biləcəyini vurğulayır.
Bildirilir ki, BƏƏ və Qətər həmçinin regional tərəfdaşlardan ibarət koalisiya yaratmaq üzərində işləyir. Bu koalisiya münaqişənin diplomatik yolla tezliklə həllinə, regionda eskalasiyanın qarşısının alınmasına və enerji bazarındakı sarsıntıların minimuma endirilməsinə xidmət edəcək.
Mütəxəssislər bildirir ki, BƏƏ və Qətərin bu addımı ABŞ-a regiondakı vəziyyəti qiymətləndirmək və daha balanslı siyasət yürütmək üçün təzyiq göstərmə cəhdi kimi dəyərləndirilir. Analitiklər həmçinin qeyd edirlər ki, bu təşəbbüs münaqişənin mümkün nəticələrini öncədən idarə etmək və diplomatik sülh imkanlarını artırmaq məqsədini güdür.
Bu prosesdə ABŞ administrasiyasının hansı addımları atacağı isə hələlik dəqiqləşməyib, lakin BƏƏ və Qətərin Vaşinqtona təsir göstərmək üçün aktiv diplomatik kanallardan istifadə etdiyi vurğulanır.
10:57 03.03.2026
Oxunuş sayı: 510