ABŞ–İran gərginliyi fonunda yeni hərbi addım gündəmdə
ABŞ Cənubi Koreyadakı hərbi aktivlərin Yaxın Şərqə köçürülməsini nəzərdən keçirir
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,Amerika Birləşmiş Ştatları İranla davam edən gərginlik fonunda hava hücumundan müdafiə sistemləri və digər hərbi vasitələrin Cənubi Koreyadan Yaxın Şərqə köçürülməsini nəzərdən keçirir.
Məlumata əsasən, mümkün köçürüləcək sistemlər sırasında MIM-104 “Patriot” zenit-raket batareyaları və THAAD hava hücumundan müdafiə kompleksləri yer alır. Həmçinin ABŞ-ın Koreyadakı Qüvvələrinin (USFK) Kunsan aviabazasında daimi dislokasiya olunmuş MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarının da siyahıya daxil olduğu bildirilir.
Mənbələr qeyd edir ki, Şimali Qyonqsanq əyalətinin Sonqju bölgəsində yerləşən THAAD batareyası və onun raketləri də Yaxın Şərqə yerləşdirilə bilər.
Rəsmi Vaşinqton məsələ ilə bağlı hələlik açıqlama verməyib.
09:35 03.03.2026
Oxunuş sayı: 567