Serbiya Avropa İttifaqı yolunu sürətləndirmək üçün əlindən gələni edəcək
Serbiya Avropa İttifaqı yolunu sürətləndirmək üçün əlindən gələni edəcək, amma bu asan olmayacaq.
Crossmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Una"ya müsahibəsində deyib.
O bildirib ki, bu, siyasət sahəsində razılaşmalar tələb edir: "Kosovo və Metoxiya məsələsi və Rusiyaya münasibət Avropa inteqrasiyası prosesində əsas siyasi mövzulardır. Biz sürətlə irəliləmək üçün əlimizdən gələni edəcəyik, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qanunlarını qəbul edəcəyik və Venesiya Komissiyasının fikrini gözləyəcəyik".
00:26 02.03.2026
Oxunuş sayı: 425