Əraqçi bölgədə gərginliklə bağlı yeni açıqlama verib
İranın xarici işlər Abbas Əraqçi bildirib ki, bölgədə düşmən qüvvələrinə qarşı həyata keçirilən zərbələr hərbi bazalardan başlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, qarşı tərəf hərbi obyektləri boşaldaraq komandirləri hotellərə yerləşdirib və bu yolla “canlı qalxan” taktikasından istifadə edir.
Əraqçi qeyd edib ki, zərbələr yalnız hərbi personal və İrana qarşı əməliyyatlarda iştirak edən obyektləri hədəfə almağa yönəlib. O, mülki əhalinin zərər görməməsi üçün diqqətli davrandıqlarını vurğulayıb.
21:30 01.03.2026
Oxunuş sayı: 540