Kallas: Xameneinin ölümü İran üçün yeni siyasi mərhələyə yol aça bilər
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi olan Kaja Kallas Əli Xameneinin ölümü ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Kallas bildirib ki, Xameneinin ölümü İran tarixində həlledici məqamlardan biri ola bilər. Onun sözlərinə görə, hadisədən sonra İranın gələcək siyasi istiqaməti hələ də qeyri-müəyyəndir.
O qeyd edib ki, bu vəziyyət ölkədə yeni siyasi proseslərin formalaşmasına yol aça bilər və regionda gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsi vacibdir.
21:16 01.03.2026
Oxunuş sayı: 472