İranın Beyt-Şemeşə zərbəsi: 9 nəfər həlak olub
İsrailin Beyt-Şemeş şəhərinə İran tərəfindən endirilən zərbə nəticəsində doqquz nəfər həlak olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisənin hansı obyektə yönəldiyi, həmçinin ölənlərin şəxsiyyəti və zərərçəkənlər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Məlumata görə, zərbə şəhərdə ciddi dağıntılara səbəb olub və bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başladığını bildirib.
Tərəflərdən məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib. Yeni məlumatların yaxın saatlarda yayılması gözlənilir.
21:05 01.03.2026
Oxunuş sayı: 532