Dubayda Cəbəl Əli limanı fəaliyyətini dayandırıb
Yaxın Şərqin ən böyük konteyner limanı hesab olunan Cəbəl Əli Limanı fəaliyyətini müvəqqəti dayandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,regionda artan gərginlik fonunda dünyanın ən böyük gəmiçilik şirkətləri Fars körfəzi marşrutlarından yayınmağa başlayıblar.
Bildirilir ki, təhlükəsizlik riskləri səbəbindən bir sıra beynəlxalq daşıyıcılar alternativ marşrutlara üstünlük verir. Bu isə bölgədə logistika və ticarət zəncirinə ciddi təsir göstərə bilər.
20:45 01.03.2026
Oxunuş sayı: 576