Netanyahu: Tehrana zərbələr daha da güclənəcək
İsrailin Baş naziri Benjamin Netanyahu bildirib ki, İsrail qüvvələri hazırda Tehranın mərkəzinə getdikcə daha intensiv zərbələr endirir və bu əməliyyatlar yaxın günlərdə daha da güclənəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri ölkənin mövcudluğunu və gələcəyini təmin etmək məqsədilə bütün imkanlarından istifadə etdiyi genişmiqyaslı kampaniya aparır.
Netanyahu vurğulayıb ki, ABŞ ilə birgə səylər İsrailə uzun illərdir qarşıya qoyulan məqsədə çatmağa – “terrorçu rejimə qəti zərbə endirməyə” imkan yaradır.
20:33 01.03.2026
Oxunuş sayı: 546