Kamala Harris: Tramp Yaxın Şərqdə təhlükədir
ABŞ keçmiş vitse-prezidenti Kamala Harris bildirib ki, bu müharibə heç kimə lazım deyildi və hazırkı vəziyyətdə ən böyük təhdid prezident Donald Trampdır. O qeyd edib ki, Tramp sülh vədləri verərək ətrafı dağıdan, Amerika əsgərlərinin və vətəndaşlarının təhlükədə qalmasına səbəb olan şəxsdir.
Crossmedia.az xəbər verir ki, Harrisin sözlərinə görə, Yaxın Şərqdə Amerika əsgərləri raketlərin hədəfindədir və birinci prioritet Trampın dayandırılmasıdır.
Siyasətçi əlavə edib ki, hazırkı vəziyyətdə siyasətçilərin məsuliyyətli davranması vacibdir. “Ümid edirəm ki, gələcəkdə sülh və sabitliyin qorunması üçün ciddi addımlar atılacaq”, - deyə o bildirib.
16:48 01.03.2026
Oxunuş sayı: 687