Qətər XİN: İranın Omana hücumları qəbuledilməzdir
Qətər Xarici İşlər Nazirliyi İranın Omanın ticarət limanına və sahillərində neft tankerinə hücumlarını qətiyyətlə pisləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Nazirlik bəyanatında hücumları ölkənin suverenliyinin pozulması və qəbuledilməz eskalasiya kimi qiymətləndirib, həmçinin İranla beynəlxalq ictimaiyyət arasında aktiv vasitəçi rolunu oynayan dövlətə qarşı yönəldiyini vurğulayıb.
Qətər XİN bildirib ki, Doha Omanla tam həmrəyliyini ifadə edir və Maskatın suverenliyinin qorunması, təhlükəsizliyinin təmin edilməsi və sabitliyin saxlanılması üçün gördüyü bütün tədbirləri dəstəkləyir.
16:15 01.03.2026
Oxunuş sayı: 520