Pezeşkian: Xameneyinin öldürülməsi müharibə elanıdır
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin ali liderinin öldürülməsi dünya miqyasında müsəlmanlara, xüsusilə də şiələrə qarşı açıq şəkildə müharibə elanı kimi qiymətləndirilməlidir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, bu hadisə “tarixi cinayət” sayılır və İran təqsirkarların müəyyən edilərək cəzalandırılmasını öz qanuni hüququ və vəzifəsi hesab edir.
Pezeşkian vurğulayıb ki, İran hadisənin günahkarlarından və təşkilatçılarından cavab tələb edəcək və bu istiqamətdə bütün imkanlardan istifadə edəcək.
16:01 01.03.2026
Oxunuş sayı: 534