Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihad elan edib
İranda tanınmış müctehid Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihad elan edib.
Crossmedia.az "Tasnim News"-a istinadən xəbər verir ki, bu bəyanat İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra səsləndirilib. Din xadimi bildirib ki, “İran xalqı və İslam dünyası qətlə yetirilmiş inqilab liderinin qanının qisasını almaq istəyir. Bu cinayətin əsas günahkarları ABŞ və sionist rejimidir və qisas almaq dünyadakı bütün müsəlmanların dini borcudur”.
Xatırladaq ki, İran tərəfinin məlumatına görə, Xameneyi ABŞ–İsrail birgə hücumları nəticəsində həlak olub.
15:58 01.03.2026
Oxunuş sayı: 646