Kats: Bədəli çox ağır olacaq
İsrailin müdafiə naziri İsrael Kats, İran əleyhinə davam edən əməliyyat fonunda sərt bəyanatla çıxış edib.
Crossmedia.az bu barədə İsrail KİV-nə istinadən məlumat verir.
“İsrail təhdidin reallaşacağı anı gözləmədi. Biz ekstremist və qatil rejimin İsraili və bütün dünyanı təhlükə altına qoyan imkanlar əldə etməsinin qarşısını almaq üçün hərəkət etdik”, — deyə o bildirib.
Katz vurğulayıb: “İsraili məhv etməklə hədələyən heç kim toxunulmazlıq əldə etməyəcək. İran rejiminin hər bir elementi hədəfdir”.
O, həmçinin xəbərdarlıq edib ki, İsrailin düşmənləri tərəfindən hər hansı müdaxilə ciddi nəticələrə səbəb olacaq: “Düşmənlərimizdən hər hansı biri müdaxilə etməyə cəhd etsə, çox ağır bədəl ödəyəcək.”
Turqut Ansari
11:00 01.03.2026
Oxunuş sayı: 733