Yusif Pezeşkian: “Atamın vəziyyəti yaxşıdır”
İran prezidentinin oğlu Yusif Pezeşkian sosial şəbəkədə yaydığı açıqlamada atası, Məsud Pezeşkianın səhhətinin yaxşı olduğunu bildirib.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
O qeyd edib ki, iddia olunan sui-qəsd cəhdi uğursuz olub və digər vəzifəli şəxslər də sağdır. “Əvvəla, doktorun vəziyyəti yaxşıdır. Bildiyim qədərilə, bu dəfə onların sui-qəsdləri uğurlu alınmayıb”, – deyə Yusif Pezeşkian yazıb.
O, qarşıdakı dövrdə münaqişənin uzana biləcəyini və bunun ağır nəticələr doğura biləcəyini vurğulayıb. “Bu günləri yaşamaq üçün əzmkarlıq və səbir vacibdir. İnternet kəsilməsə, ünsiyyəti qorumağa çalışacağıq”, – deyə o əlavə edib.
Yusif Pezeşkian paylaşımında həmçinin bildirib ki, “Allahı razı salmağa çalışan insan heç vaxt məğlub olmaz”.
03:27 01.03.2026
Oxunuş sayı: 523