Britaniya Ukraynaya qoşun göndərə bilər
Böyük Britaniya Ukraynaya briqada göndərmək üçün Estoniya və ya Kiprdəki qoşunlarını çıxarmaq məcburiyyətində qala bilər.
Crossmedia.az UNİANA-na istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə ülh sazişi bağlandıqdan sonra London və Paris hər biri 5000 nəfərlik bir briqada ayırmağa hazırdır. Lakin mənbələr qeyd edir ki, rotasiya və təminat nəzərə alınmaqla belə bir kontingenti saxlamaq üçün 15.000 20.000 nəfər tələb olunacaq. Bununla yanaşı, ilkin olaraq Avropada daha irimiqyaslı format 60 000-ə qədər hərbçi müzakirə olunurdu. Daha sonra söhbət 40 000-dən, daha sonra 20 000-dən, indi isə cəmi 5 000 ümumi kontingentdən gedir.
Hazırda Rusiyanı çəkindirmək məqsədilə NATO missiyası çərçivəsində Estoniyada 900-ə yaxın britaniyalı hərbçi yerləşdirilib. Britaniya Müdafiə Nazirliyi müttəfiqlər qarşısındakı öhdəliklərin dəyişməz qaldığını bildirib. Qoşunların göndərilməsi ehtimalı ilə bağlı yekun qərar parlament və hökumət tərəfindən təsdiqlənməlidir.
Validə Musayeva
14:31 26.02.2026
Oxunuş sayı: 592