Pezeşkian nüvə silahından danışdı - ŞOK AÇIQLAMA
İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, bu mövqe İranın ali rəhbəri Əli Xameneyi tərəfindən verilmiş dini fətvaya əsaslanır və dəyişməz olaraq qalacaq.
Pezeşkianın sözlərinə görə, ali rəhbərin nüvə silahı ilə bağlı qərarı siyasi deyil, dini və fiqh prinsiplərinə söykənir. “Ali rəhbər nüvə silahı əldə etməyəcəyik dedikdə, bu, bizim silah əldə etmək niyyətində olmadığımızı göstərir. Ali lider siyasətçilər kimi yalan danışa bilməz”, – deyə o vurğulayıb.
Prezident əlavə edib ki, dini liderin nüvə silahlarının yaradılmasını qadağan etməsi inanc və dini hüquq çərçivəsində qəbul olunmuş mövqedir və bu istiqamətdə hər hansı dəyişiklik nəzərdə tutulmur.
Qeyd edək ki, Əli Xameneyi 2003-cü ilin oktyabrında nüvə silahlarının hazırlanması və istifadəsini qadağan edən şifahi fətva verib. 2005-ci ildə isə bu mövqe rəsmi şəkildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) təqdim olunub.
14:12 26.02.2026
Oxunuş sayı: 559