Rusiyanın dəstəklədiyi hakerlər feyk videolar kampaniyasına başlayıb
Rusiyanın dəstəklədiyi hakerlər guya Hollivud aktyorlarının Avropanı Ukraynaya təzyiq göstərməyə və Moskvanın şərtləri ilə sülhə razı salmağa çağırdığı feyk videolar yayıblar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, videolar X, TikTok və Telegram platformalarında #HollywoodagainstZelenskyy həştəqi ilə yayılır.
Videolarda iştirak edənlər arasında Gabriella Pizzolo, John Seda və Nikki Blonsky yer alıb və onların görüntüləri icazəsiz istifadə olunub.
20:45 25.02.2026
Oxunuş sayı: 565