Pezeşkian: Etirazçı tələbələrlə dialoqa hazırıq
İran prezidenti Məsud Pezeşkian bildirib ki, hökumət etirazçı tələbələrlə dialoqa hazırdır.
Crossmedia.az Prezident Administrasiyasının “Telegram” kanalına istinadən xəbər verir. Onun sözlərinə görə, etirazlar sosial həyatın dinamizminin göstəricisidir və hakimiyyət tələbələrin tələblərinə cavab verməyə hazırdır.
Pezeşkian qeyd edib ki, dövlət rəsmiləri universitetlərə baş çəkməli və tələbələrlə birbaşa ünsiyyət qurmalıdır. “Bizim məsuliyyətimiz etirazçıları dinləmək və onların problem və çətinliklərini həll etmək üçün tədbirlər görməkdir”, - deyə o vurğulayıb.
Son günlər İran universitetlərində etiraz aksiyaları genişlənib. Prezidentin bu açıqlaması artan narazılıqlar fonunda hökumətin mövqeyində yumşalma mesajı kimi qiymətləndirilir.
20:06 25.02.2026
Oxunuş sayı: 603