Gürcüstan hakimiyyəti Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan iki televiziya kanalının hüquqlarının qorunacağını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze bəyanat verib.
Baş nazir bildirib ki, tətbiq olunan sanksiyalar xüsusi şərh tələb etmir və Avropa bürokratiyasında baş verən prosesləri “sadəcə faciəvi” adlandırıb.
Kobaxidze vurğulayıb ki, Gürcüstanda bütün jurnalistlərin hüquqları tam şəkildə qorunacaq və heç bir media nümayəndəsinin fəaliyyəti məhdudlaşdırılmayacaq.
O əlavə edib ki, bəzi dairələrin gözləntilərinin əksinə olaraq, ölkədə söz və media azadlığı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmur.