İranda yaponiyalı jurnalist saxlanılıb
İranda Yaponiyanın NHK telekanalının Tehrandakı bürosunun rəhbəri Şinnosuke Kavaşima saxlanılıb.
Crossmedia.az bu barədə “Iran International” a istinadən xəbər verir ki, jurnalist hazırda Tehranda yerləşən Evin həbsxanasının 7-ci bölməsində saxlanılır.
Şinnosuke Kavaşimaya qarşı hansı ittihamların irəli sürüldüyü barədə rəsmi məlumat açıqlanmayıb. İran rəsmiləri məsələ ilə bağlı hələlik hər hansı açıqlama verməyiblər.
Qeyd edək ki, daha əvvəl Yaponiya hökuməti İranda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda öz vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə çağırmışdı.
NHK Yaponiyanın ictimai yayımçısıdır və televiziya, radio, eləcə də onlayn platformalar vasitəsilə Yaponiya və Asiya regionu ilə bağlı xəbərləri beynəlxalq auditoriyaya çatdırır.
12:55 25.02.2026
Oxunuş sayı: 565