Telegram qurucusuna qarşı cinayət işi: “Terrorizmə kömək” ittihamı
Telegramın qurucusu Pavel Durov Rusiyanın öz xalqından qorxduğunu iddia edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O, bildirib ki, Rusiya ona qarşı terrorizmə kömək etmək ittihamı ilə cinayət işi açıb.
Durovun sözlərinə görə, hakimiyyət hər gün rusların "Telegram"-a çıxışını məhdudlaşdırmaq üçün yeni bəhanələr irəli sürür və şəxsi həyatın toxunulmazlığı ilə söz azadlığı hüququnu məhdudlaşdırmağa çalışır.
“Bu, öz xalqından qorxan bir dövlətin kədərli bir tamaşasıdır”, – deyə o qeyd edib.
Məsələ ilə bağlı Rusiya rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.
23:36 24.02.2026
Oxunuş sayı: 541