Moskva–London xəttində nüvə gərginliyi
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Britaniya Baş naziri Keir Starmeri nüvə münaqişəsini qızışdırmaqla rüsvayçılığını ört-basdır etməyə çalışmaq əvəzinə istefa verməyə çağırıb.
Crossmedia.az "TASS"-a istinadən xəbər verir.
O, bu barədə X-də yazıb: "Starmer nüvə müharibəsini qızışdırmaqla rüsvayçılığını ört-basdır etməyə çalışmazdan əvvəl istefa verməlidir".
Daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu Paris və Londonun Kiyevə nüvə bombası və çatdırılma sistemi təmin etmək üçün fəal şəkildə çalışdığını bildirmişdi.
XKX-də mövcud olan məlumata görə, bu, Avropa komponentlərinin, avadanlıqlarının və texnologiyalarının gizli şəkildə Ukraynaya ötürülməsini nəzərdə tutur. M51.1 sualtı qayığından buraxılan ballistik raketdən Fransanın TN75 kiçik ölçülü döyüş başlığı bir seçim kimi nəzərdən keçirilir.
22:46 24.02.2026
Oxunuş sayı: 536