Ermənistan Aİ-dən yardım istəyib
Ermənistan Avropa İttifaqından (Aİ) Rusiyanın təsirinə qarşı mübarizə aparmaq üçün sürətli hibrid cavab qrupu göndərməsini istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni kiv məlumat yayıb.
Aİ əvvəllər parlament seçkiləri zamanı Moldovaya da oxşar missiya göndərmişdi.
Təxminən 20 mütəxəssisdən ibarət qrup Rusiyadan sosial mediada yayılan dezinformasiyanı müəyyən etmək və təhlil etmək üçün yerli hakimiyyət orqanları ilə işləyib.
21:15 24.02.2026
Oxunuş sayı: 483