İranda tələbə etirazları böyüyür
İran universitetlərində tələbələrin keçirdiyi etiraz aksiyaları hakimiyyət daxilində ciddi narazılıq doğurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Radikal mühafizəkar dairələri təmsil edən bəzi millət vəkilləri baş verənlərə görə təhsil nazirini impiçmentlə hədələyiblər.
Deputat Əmir Hüseyn Sabiti baş verənlərdə prezident Məsud Pezeşkianı və təhsil naziri Hüseyn Simayi Sərrafı günahlandıraraq “X” hesabında yazıb:
“Ölkənin bir neçə universitetində özünü tələbə adlandıran şəxslər tərəfindən dağıdıcı şüarlar səsləndirilməsi və İran bayrağının yandırılması prezidentin və təhsil nazirinin yanlış siyasətinin və “təsir agentləri” ilə yumşaq rəftarının birbaşa nəticəsidir. Şərifi Zarçi kimi mənfur şəxsləri universitetə qaytarmaqla öyünərək universitetlərin intizam komitəsini formal hala gətirdiyiniz üçün indi bu vəziyyətə görə məsuliyyət daşımalısınız. Cənab Simayi Sərraf, əgər bu vəziyyət düzəlməsə, parlamentdə impiçment prosesiniz başlayacaq”.
19:05 24.02.2026
Oxunuş sayı: 682