Medvedev Ukrayna və Avropanı nüvə ilə HƏDƏLƏDİ
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya qarşı nüvə silahlarından istifadə ilə bağlı hədələyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Medvedev bildirib ki, əgər Paris və London Ukraynanın əlinə nüvə silahı ötürərsə, Rusiya qeyri-strateji nüvə silahlarından Ukraynadakı hədəflərə, lazım gəldikdə isə bu təchizatçı ölkələrə qarşı istifadə edə bilər. O, bunu “simmetrik cavab” adlandırıb.
Medvedevin açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla qarşılanıb və nüvə silahlarının yayılması riskini artırır.
18:15 24.02.2026
Oxunuş sayı: 652