Tramp İrana mümkün hücumla bağlı iddialara aydınlıq gətirib
ABŞ Prezidenti Donald Tramp İrana mümkün hücumla bağlı iddialara aydınlıq gətirib.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə "Axios" nəşrinin general Daniel Keynin guya İrana zərbə endirilməsinə qarşı xəbərdarlıq etdiyi barədə danışarkən söyləyib.
Tramp bu iddiaların tamamilə yalan olduğunu söyləyib.
Ağ Ev rəhbərinin "Truth Social" sosial şəbəkəsində paylaşdığı sözlərinə görə, İranla potensial müharibə haqqında bütün məqamlar səhv yazılıb və qərarı yalnız o verir. O, saziş bağlamağa üstünlük verdiyini, lakin bu baş verməsə, İran üçün çox pis bir gün olacağını qeyd edib.
Validə Musayeva
14:45 24.02.2026
Oxunuş sayı: 542