Rusiyanın paytaxtı Moskvadapartlayış baş verib.
Crossmedia.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Savelovski Stansiyası Meydanı yaxınlığında qeydə alınıb. Məlumata görə, Şimal-Şərq Rayon Polis İdarəsinin yol polisi əməkdaşları xidməti avtomobildə patrul apararkən naməlum şəxs onlara yaxınlaşıb.
Bildirilib ki, həmin şəxs üzərində olan naməlum qurğunu işə salıb və nəticədə partlayış baş verib.
Hadisə zamanı 34 yaşlı polis baş leytenantı Denis Bratuşçenko həlak olub. Daha iki polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Partlayışı törətdiyi bildirilən şəxsin də öldüyü qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.