Rusiya iddia edir: Böyük Britaniya və Fransa Ukraynaya nüvə silahı verə bilər
Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan edib ki, Böyük Britaniya və Fransa Ukraynanı nüvə başlıqlı silahlar və onların çatdırılma sistemləri ilə təmin etmək məsələsi üzərində fəal işləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Qurumun iddiasına görə, plan Avropa komponentləri, avadanlıq və texnologiyalarının bu sahədə Ukraynaya gizli şəkildə ötürülməsini nəzərdə tutur.
Açıqlamada bildirilir ki, Fransaya məxsus M51 sualtı qayığından buraxılan ballistik raket üçün nəzərdə tutulmuş TN75 tipli kiçik ölçülü döyüş başlığı mümkün variantlardan biri kimi nəzərdən keçirilir. İddialara əsasən, bu tip taktiki nüvə başlığının yaxın vaxtlarda Ukraynaya verilməsi gözlənilir.
Qeyd edək ki, məsələ ilə bağlı London, Paris və Kiyev tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
13:02 24.02.2026
Oxunuş sayı: 489