İranda helikopter qəzası – Ölən və yaralananlar var
Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətinin Dorçe şəhərində helikopter qəzaya uğrayıb.
Bu barədə Crossmedia.az İran KİV-ə istinadən xəbər verir.Məlumata görə, helikopter şəhərin meyvə-tərəvəz bazarının ərazisində yerə çırpılıb. Hadisənin texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.
İranın İsfahan vilayəti Qırmızı Aypara Cəmiyyəti idarəsinin müdiri Mohsen Momeni bildirib ki, hadisə nəticəsində indiyə qədər 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
11:13 24.02.2026
Oxunuş sayı: 525