ABŞ və Rusiya Cenevrədə nüvə silahlarına nəzarəti müzakirə edib
ABŞ və Rusiya nümayəndə heyətləri bu gün Cenevrə şəhərində yeni nüvə silahlarına nəzarət müqaviləsi ilə bağlı danışıqlar aparıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, ABŞ nümayəndə heyətinin sabah eyni məkanda Çin danışıqlar qrupu ilə də oxşar görüş keçirməsi gözlənilir.
Vaşinqton Pekinin də Moskva ilə yanaşı, daha geniş və əhatəli silahlara nəzarət sazişinə qoşulmasını istəyir. ABŞ rəsmisinin sözlərinə görə, bundan əvvəl BMT Təhlükəsizlik Şurasının digər daimi üzvləri olan Böyük Britaniya və Fransa ilə də “yaxşı” ikitərəfli məsləhətləşmələr aparılıb.
Rəsmi nikbinliyini ifadə edərək vurğulayıb ki, Təhlükəsizlik Şurasının beş daimi üzvü formatında müzakirələrə keçmək növbəti məntiqi addım hesab olunur.
10:45 24.02.2026
Oxunuş sayı: 513