Tramp geri çəkilmir: Tariflər davam edəcək
ABŞ Ali Məhkəməsi bəzi tarifləri ləğv etsə də, digər ölkələrə qarşı tarifləri tətbiq etməyə davam ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp deyib.
O, məhkəmənin onun səlahiyyətlərini səmərəli şəkildə genişləndirdiyini iddia edib.
Qeyd edib ki, bəzi tariflər qüvvədə qalır və bundan sonra onlar daha aqressiv və hüquqi cəhətdən dəqiqliklə tətbiq edilə bilər.
Tramp ,həmçinin lisenziyalardan xarici ölkələrə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməyi təklif edib. Onun fikrincə, onlar onilliklərdir ABŞ-ni istismar edirlər.
Daha əvvəl, Ali Məhkəmənin IEEPA çərçivəsində tətbiq edilən tarifləri qanunsuz hesab etməsindən sonra ABŞ Gömrük və Sərhəd Mühafizəsinin dayandıracağı elan edilmişdi.
20:14 23.02.2026
Oxunuş sayı: 610