Ermənistanda FÖVQƏLADƏ HADİSƏ
Ermənistanın Şirak vilayətində fövqəladə hadisə baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Saat 13:00 radələrində Gümrü şəhərinin 15 nömrəli əsas məktəbində bomba yerləşdirilməsi barədə siqnal daxil olub.
Məlumata görə, müəllim heyəti və şagirdlər təxliyə ediliblər. Bir neçə saat davam edən axtarış tədbirlərinin nəticəsində siqnalın yalan olduğu müəyyən edilib.
Hüquq-mühafizə orqanları siqnalın müəllifinin kimliyini müəyyən ediblər.
20:27 23.02.2026
Oxunuş sayı: 457