Türkiyədə zəlzələ təhlükəsi: mütəxəssislər həyacan təbili çalır
Türkiyənin Van bölgəsində seysmoloqlar yeni aktivlik aşkar edərək əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər.
Professor Hakan Kutoğlu açıqlayıb ki, Van şəhərinin şərqində böyük sismik aktivlik aşkar edilib.
Crossmedia.az bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.
O bildirib ki, 250 kilometrlik sahədə heç bir böyük zəlzələ qeydə alınmayıb və homojen yüksək gərginlik müşahidə edilib. Tektonik tavalar sisteminin birlikdə işlədiyi və 6 fevral Hatay zəlzələlərinə bənzər şəkildə 250 kilometrlik xəttin eyni anda qırıla biləcəyi ehtimalı mövcuddur.
Həmçinin, 2011-ci ildə baş vermiş 7.1 böyüklüyündəki Van zəlzələsinin kiçik bir ərazini əhatə etdiyi, lakin hazırda bölgədə daha böyük bir zəlzələnin gözlənildiyi qeyd olunub.
Turqut Ansari
17:30 23.02.2026
Oxunuş sayı: 584