Budanov elan etdi: Ukrayna həlledici mərhələyə başlayır
Ukrayna müharibəsində son qərar məqamına yaxınlaşır.
Crossmedia.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna prezident ofisinin rəhbəri Kirill Budanov deyib.
O bildirib ki, belə müharibələr öz-özünə bitmir: "Lakin indi bütün tərəflərin son qərarlarını verməli olduğu bir məqama yaxınlaşırıq. Biz mütləq irəliləyirik və hər tərəf üçün son qərarların verilməsi zərurəti yaranan məqama yaxınlaşırıq: bu müharibəni davam etdirmək, yoxsa sülhə keçmək. Ümid edirəm ki, ədalət qalib gələcək.”-, deyə o, bildirib.
Baş nazirin ofis rəhbəri əlavə edib ki, belə müharibələr ya ədalətli qərarla başa çatır, ya da qaçılmaz olaraq daha geniş və təhlükəli formada geri qayıdır: “Hücum edən üçün nəticəsiz sülh təkrar üçün dəvətdir. Hücum et, öldür, dağıt — və bunun üçün sənə heç nə olmayacaq.”
Turqut Ansari
17:07 23.02.2026
Oxunuş sayı: 557